Ukrayna Krımda “Erməni bazarı”na zərbə endirdi – VİDEO

Ukrayna Krımda “Erməni bazarı”na zərbə endirdi – VİDEO

Hazırda oxunan: Ukrayna Krımda “Erməni bazarı”na zərbə endirdi – VİDEO

611495

Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımda yerləşən Armyansk şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin obyektlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
 

Məlumata görə, zərbələr ötən axşam Krımın şimalında yerləşən Armyansk şəhərində qeydə alınıb. Ukrayna mənbələri hücumun FTX obyektlərinə qarşı həyata keçirildiyini bildirirlər.


Rusiya mediası isə zərbələrdən birinin yaşayış binasına düşdüyünü yazır. Məlumata görə, binada yanğın başlayıb, mənzillər yanır.

Qeyd edək ki, Armyansk şəhərinin krımtatar dilində adı Ermeni Bazardır. Bu ad Azərbaycan dilinə hərfi tərcümədə “Erməni bazarı” kimi çevrilir.
 

Tarixi məlumatlara görə, şəhər 1730-cu illərdə qonşu Or-Qapı — Perekop qalasından buraya köçən yunan və erməni tacir təbəqələrinin nümayəndələri tərəfindən salınıb.


Ticarət yolları üzərində əlverişli mövqeyinə görə yaşayış məntəqəsi qısa müddətdə mühüm tranzit və ticarət məntəqəsinə çevrilib.

“Ermeni Bazar” adı da məhz şəhərin regionun ən böyük bazarlarından birinə çevrilməsi ilə bağlı formalaşıb. Krımtatar əhali və xanlığın müxtəlif yerlərindən olan tacirlər əsasən erməni tacirlərin idarə etdiyi bu bazara gəlirdilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO