Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO

Hazırda oxunan: Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO
611430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp atasının adının veriləcəyi Palm-Biç hava limanının yeni loqosunu yayımlayıb.

Bizim.Media xəbər verir ki, Florida ştatının qanunverici orqanı hava limanının Donald Trampın şərəfinə adlandırılmasına səs verib.

Florida qubernatoru Ron DeSantis qanun layihəsini mart ayında imzalayıb. Ad dəyişikliyinin rəsmi olaraq iyulun 1-dən qüvvəyə minəcəyi bildirilir.

Erik Tramp sosial şəbəkə hesabında yeni loqonu paylaşaraq atasını təbrik edib:

“İlk dəfə olaraq Florida ştatının Palm-Biç şəhərində Donald Tramp adına beynəlxalq hava limanının rəsmi loqosunu böyük qürurla təqdim edirəm. Bu inanılmaz şərəfə Donald Trampdan daha layiqli insan yoxdur! Təbrik edirəm, ata! Çox yaxın zamanda reyslərin DJT hava limanına enməsini səbirsizliklə gözləyirik!”.

Qeyd edək ki, Palm-Biç Donald Trampın Mar-a-Lago iqamətgahının yerləşdiyi şəhər kimi də tanınır.

Erik Tramp atasının adını daşıyacaq hava limanının yeni loqosunu təqdim etdi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO