Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində şou təqdim edəcək

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində şou təqdim edəcək

Hazırda oxunan: Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində şou təqdim edəcək

611499

Dünya şöhrətli müğənni Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq.
 

Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə "Formula 1" azarkeşinə unudulmaz şou təqdim edəcək.


Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO