Orta Asiyalı jurnalistlər Qubaya səfər etdilər - FOTO

Orta Asiyalı jurnalistlər Qubaya səfər etdilər - FOTO

Hazırda oxunan: Orta Asiyalı jurnalistlər Qubaya səfər etdilər - FOTO
36631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanda səfərdə olan Orta Asiya Respublikalarından - Qırğızıstan, Özbəkistan və Qazaxıstandan gələn ictimai fəallar və media nümayəndələri Qubaya  səfər ediblər. 

Bizim.Media xəbər verir ki, qonaqların Quba səfəri zəngin olub.

Onlar Quba Soyqırım Memorial Kompleksində, Media şəhidləri və Azərbaycan-Türkiyə qardaşlıq parkları ilə yerində tanış olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada beynəlxalq simpozium KEÇİRİLİR - FOTO


Erməni vəhşiliyinin əyanı nümunəsi olan Quba Soyqırım Memorial Kompleksində türkdilli jurnalistlərə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqda geniş məlumat verilib.

Orta Asiyadan gəlmiş media nümayəndələrinin Qubada son dayanacağı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə olub.

Onlar tolerant Azərbaycanda yəhudilərin və digər milli azlıqların mehriban ailə kimi birgə yaşamasını çox maraqla qarşılayaraq bunu çox təqdirəlayiq hal kimi dəyərləndiriblər. 

Aytəkin Alxaslı, Bizim.Media


Orta Asiyalı jurnalistlər Qubaya səfər etdilər - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO