Ukraynada Milli Şura davası

Ukraynada Milli Şura davası

Hazırda oxunan: Ukraynada Milli Şura davası
30004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Xəbər verildiyi kimi, bu ilin 23 iyununda Kiyev şəhərində Azərbaycanın demokratik qüvvələrinin Milli Şurasının Ukrayna nümayəndəliyinin yaradılması məqsədilə tədbir keçirilib. Təşəbbüs qrupunun təşəbbüsü ilə keçirilən Ukrayna azərbaycanlılarının forumunda Ukrayna azərbaycanlıları tərəfindən Milli Şuranın yaradılması və gələcək fəaliyyətinin birmənalı dəstəkləməsi bəyan olunub.

Təşəbbüs qrupunun rəhbəri Yalçın Qəhramanoğlunun “Yeni Müsavat”a verdiyi məlumata görə, Azərbaycan hakimiyyəti tərəfindən himayə olunan diaspora təşkilatının rəhbəri Hikmət Cavadov bu arada bəyan edib ki, guya sözügedən forum iştirakcıları Ukrayna azərbaycanlılarını təmsil etmək hüququna malik deyil, bu hüquq diaspora təşkilatına məxsusdur, forumun keçirilməsi isə gülüncdür: “Hikmət Cavadova bildirmək istəyirəm ki, aclıqdan və hüquqsuzluqdan dünyaya səpələnmiş azərbaycanlıları nə bu səfalətlərin səbəbkarı olan Azərbaycan iqtidarı, nə də onun yaratdığı diaspora təmsil edə bilməz. Gülünc isə odur ki, bir il bundan əvvəl, müxtəlif mətbuat orqanlarında da getdiyi kimi, qeyri-legitim yığıncaqda zorla təyin olunan Hikmət Cavadov özünü diaspora təşkilatının rəhbəri hesab edir və azərbaycanlılar adından danışır. Bax, bu, həqiqətən də gülüncdür. Çünki Hikmət Cavadov nəinki Ukrayna azərbaycanlılarının, heç bu ölkədə yaşayan öz yaxın qohumlarının belə adından danışa bilməz. Bunu o fakt təsdiqləyir ki, H.Cavadovun bəyənmədiyi forumda ən fəal təşkilatcşlardan və iştirakcılardan biri elə onun doğma dayısıdır. Bir daha bəyan edirəm ki, Ukraynada yaşayan, vətənindən didərgin düşməyə məcbur olmuş azərbaycanlılar bütün xalqımız kimi, mövcud iqtidarın zülmündən qurtulmaq arzusunda və əzmindədir və Milli Şuranın yaradılmasının bu baxımdan çox böyük qələbə hesab edir!”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO