BSU-nun rektoru MAPRYAL-ın Rəyasət heyətinin üzvü seçilib  - FOTOLAR

BSU-nun rektoru MAPRYAL-ın Rəyasət heyətinin üzvü seçilib - FOTOLAR

Hazırda oxunan: BSU-nun rektoru MAPRYAL-ın Rəyasət heyətinin üzvü seçilib - FOTOLAR

269637
Məlum olduğu kimi, bu il 29 aprel – 3 may tarixlərində Kazaxstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosi¬yasiyasının (MAPRYALın) XIV Konqresi və Baş Assambleyası keçirilib. Konqresdə Bakı Slavyan Univer¬sitetini tədris işləri üzrə prorektor professor Telman Cəfərov, elmi işlər üzrə prorektor professor Rafiq Novruzov, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Rəhilə Quliyeva təmsil ediblər.xa0
49 ölkənin təmsil olunduğu mötəbər tədbirin açılışında Qazaxstan Respublikası və Rusiya Federasiyasının rəsmiləri iştirak etmiş, hər iki ölkənin dövlət və hökümət başçılarının təbrik məktubları oxunub.xa0
“Çoxdilli dünyada rus sözü” adı altında keçirilən XIV Konqres 14 elmi-metodiki istiqamət (bölmə) və 6 dairəvi masada 500-dən çox məruzə, çıxış və təqdimatı əhatə edib. Rus dili və ədəbiyyatının tədqiqi, tədrisi, dünyada rus dilli təhsilin vəziyyəti və perspektivləri, problemləri, internet resurslar, distant təhsil kimi ənənəvi elmi-nəzəri və elmi-praktiki istiqamətlərlə yanaşı, müasir çoxdillilik və çoxmədəniyyətlilik şəraitində bilinqval və polilinqval təhsil modellərinin tətbiqi təcrübəsi, sosial-pedaqoji-psixoloji və linqvodidaktik əsasları, milli zəmində gənc nəslə multikultural dəyərlərin aşılanması və s. kulturoloji məsələlər müzakirə olunub.xa0
Mayın 2-də BSU nümayəndələri prof. T.Cəfərov və prof.R.Novruzov MAPRYALın prezidenti akad. L.A.Verbitskayanın hesabatının dinlənildiyi, yeni prezidentin, vitse-prezidentlərin, növbəti – XV Konqresə ev sahibliyi edəcək şəhərin, Rəyasət heyəti üzvlərini müəyyən edildiyi Baş Assambleyada həlledici səslə iştirak ediblər. Rusiya prezidentinin rus dilinin inkişafı üzrə məsləhətçisi, L. N. Tolstoyun nəticəsi P.İ.Tolstoy MAPRYALın yeni prezidenti seçilib.xa0
Assosiyasiya prezidentini hesabat məruzəsində və BSU nümayəndələrinin çıxışlarında Azərbaycandaxa0 keçirilən tədbirlər, xüsusilə də Bakı Slavyan Univer¬siteti və MAPRYALın təşkil etdiyi birgə elmi konfrans, seminarlar, ixtisasartırma tədbirləri yüksək qiymətləndirilib.xa0xa0
Son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələrxa0 nəzərə alaınraq BSU rektoru professor Nurlana əliyeva MAPRYAL prezidenti, milli assosiyasiyaların rəhbərləri, tanınmış elm və təhsil xadimləri tərəfindən MAPRYAL Rəyasət heyətinə üzvlüyə namizəd irəli sürmüş və səs çoxluğu ilə qəbul edilmişdir. Gizli səsvermə nəticəsində XV konqresin Sankt-Peterburqda keçirilməsi qərara alınıb.xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
BSU-nun Mətbuat Xidmətixa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO