"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti müasir avtomobil və dəmir yolu infrastrukturu ilə tanış olub, bölgədə yol şəbəkəsinin böyük hissəsinin formalaşdığını müşahidə edib:
"Bu gün biz müasir avtomobil yolları ilə tanış olduq və gördük ki, yol şəbəkəsi faktiki olaraq formalaşıb. Həmçinin Ermənistanın Meğri istiqamətinə uzanan dəmir yolu xəttinin də əhəmiyyətli hissəsi hazırdır. Hazırda beynəlxalq sərhəd-keçid məntəqəsindəyik və burada yerləşən Ağbənd avtomobil körpüsü həm "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin, həm də Şərq-Qərb nəqliyyat marşrutlarının mühüm elementi kimi çıxış edir".
A.Overçuk vurğulayıb ki, Rusiya bu infrastrukturun mümkün qədər tez istifadəyə verilməsində maraqlıdır:
"Rusiya bu layihənin ən qısa müddətdə işə düşməsində çox maraqlıdır. Burada yaradılan müasir infrastruktur xüsusilə rusiyalı sürücülər üçün rahat olacaq. Onlar yükləri İran, Naxçıvan və Türkiyə istiqamətində daha səmərəli şəkildə daşıya biləcəklər. Hesab edirəm ki, bu layihə bütün iştirakçı ölkələr üçün qarşılıqlı fayda verəcək və regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:55 / 16.04.2026
Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
Hazırda oxunan: Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
Hazırda oxunan: Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
607544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































