"Hizbullah"ın aylıq xərcləri və maliyyə mənbələri açıqlandı

"Hizbullah"ın aylıq xərcləri və maliyyə mənbələri açıqlandı

Hazırda oxunan: "Hizbullah"ın aylıq xərcləri və maliyyə mənbələri açıqlandı
607591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Livanın "Hizbullah" hərəkatı öz ehtiyacları üçün aylıq təxminən 50 milyon dollar xərcləyir. Buraya silah alışı, döyüşçülərin ailələrinə dəstək və digər xərclər daxildir.

Bizim.Media xəbər verir ki, bu barədə "Euractiv" nəşri Qərb kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, vəsaitlər həm də yaralanmış və ya həlak olmuş döyüşçülərin ailələrini dəstəkləmək üçün sosial proqramların yaradılmasına yönəldilir.
 

Maliyyələşmənin əsas mənbəyi İran hesab olunur, lakin təşkilat vəsaiti Livanda və xaricdəki bəzi tərəfdarlardan, habelə yerli sponsorlardan da alır. Onların arasında "Al-Amana" yanacaq şirkəti və "Jood" qızıl hasilatı firması qeyd olunur.


Bundan əlavə, nəşr livanlı iş adamı Məhəmməd Nurəddini "Hizbullah"ın əsas maliyyəçilərindən biri kimi xüsusən vurğulayır.

Hesabatda Həsən K. kimi tanınan başqa bir maliyyə mənbəyi də qeyd olunur. Həsən K. Livanda və Dubayda qızıl hasilatı müəssisələrini idarə edir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO