Aİ ölkələrində əhalinin sayı AZALACAQ

Aİ ölkələrində əhalinin sayı AZALACAQ

Hazırda oxunan: Aİ ölkələrində əhalinin sayı AZALACAQ
607558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Birliyi əhalisi 2029-cu ildə pik həddə çatacaq, lakin 2100-cü ilə qədər 11,7% - təxminən 53 milyon nəfər azalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Eurostat”ın poqnozunda  qeyd olunub.

Analitiklərin fikrincə, AB əhalisi 2021-ci ildə koronavirus pandemiyası səbəbindən azalıb, ardınca demoqrafik artım baş verib. Bu tendensiyanın növbəti üç ildə davam etməsi gözlənilir. 2025-ci ildə isə AB əhalisi 451,8 milyon nəfər olub.
 

Qeyd olunub ki, AB əhalisinin 2029-cu ildə 453,3 milyon nəfərə çatacağı, bundan sonra tədricən azalmağa başlayacağı gözlənilir. Əsrin sonuna qədər “Eurostat” AB əhalisinin 398,8 milyon nəfər olacağını proqnozlaşdırır ki, bu da əmək qabiliyyətli əhalinin 50%-ni, uşaq və gənclərin 17%-ni təşkil edir.


Eyni zamanda, yaşlı əhalinin payının artacağı gözlənilir: 65-79 yaş arası olanlar 17%, 80 yaşdan yuxarı olanlar isə əhalinin 10 faizini tutacaq. Bu gözləntilər son bir il üçün demoqrafik məlumatların təhlilinə əsaslanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO