“Hazırda Ermənistanda yaxınlaşan seçkilərlə bağlı bir qrup maraqlı tərəflərin müəyyən bir plan həyata keçirməyə çalışdığı deyilir. Bu planın mahiyyəti ondan ibarətdir ki, bəzi şəxslərə, o cümlədən Karapetyana dəstək vəd olunub və bunun müqabilində müəyyən siyasi iştirak gözlənilib. Karapetyan isə bu prosesə qoşulub və hətta Rusiya vətəndaşlığı ilə bağlı bəzi açıqlamalar verib”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova deyib.
Ermənistanda yaxınlaşan seçkilərə Rusiyanın baxışını şərh edən diplomat hesab edir ki, rəsmi Moskvanın İrəvandan daha çox, digər məsələlərə qarışıb.
Lakin o, Karapetyana müəyyən dəstəyin olduğunu istisna etməyib:
“Lakin Karapetyanın Rusiya vətəndaşlığından çıxması qanuni və siyasi nəticələr doğura bilər. Seçkilər və bu cür nəticələr bir-birinə uyğun olmayan məsələlərdir. Ona görə də bu, dövlətin rəsmi mövqeyi deyil, konkret maraq qruplarının mövqeyidir. Onlar bu cür addımlarla Rusiyanın maraqlarına zidd hərəkət edirlər, çünki Rusiyanı hazırkı Ermənistan rəhbərliyi qane edir. Bu cür proseslər isə seçkilərə iki ay qalmış deyil, çox daha əvvəl həyata keçirilməlidir”.
Poloskova hesab edir ki, bu kimi addımlar Rusiyada müəyyən bir “düşmən obrazı” formalaşdırmaq cəhdi kimi də qiymətləndirilir və bu kontekstdə Paşinyan və Karapetyan məsələləri müzakirə olunur:
“Bu gün isə belə bir qeyd alınıb ki, Rusiya hüquq-mühafizə orqanları “Tashir” strukturuna toxunmaqdan çəkinir, çünki bu struktur Karapetyan tərəfindən yaradılıb və müəyyən təsir gücünə malikdir. Lakin real vəziyyət belə deyil və hüquq-mühafizə orqanları aktiv şəkildə fəaliyyət göstərir, müxtəlif işlər aparılır”.
Diplomat əlavə edib ki, Ermənistanda keçiriləcək seçkilərdə kimin qalib gələcəyi demək olar ki, indidən bəllidir.
Buna görə də, Rusiya hansısa xüsusi kampaniya aparmır:
“Nəticə olaraq düşünülür ki, Paşinyan seçkilərdə qalib gələcək. Hətta ona qarşı təzyiqlər olsa belə, o, yenə də üstünlük qazanacaq. Rusiya Federasiyası isə gələcəkdə Ermənistan rəhbərliyi ilə münasibətləri elə qurmalıdır ki, bu münasibətlər dostluq və əməkdaşlıq çərçivəsində olsun və mübahisə mövzusuna çevrilməsin”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
17:10 / 16.04.2026
Rusiyanın Karapetyanı dəstəkləməsi xəbərlərinə Moskvadan REAKSİYA – ÖZƏL
Hazırda oxunan: Rusiyanın Karapetyanı dəstəkləməsi xəbərlərinə Moskvadan REAKSİYA – ÖZƏL
Hazırda oxunan: Rusiyanın Karapetyanı dəstəkləməsi xəbərlərinə Moskvadan REAKSİYA – ÖZƏL
607498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































