Bibiheybət yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Bibiheybət yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Hazırda oxunan: Bibiheybət yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ – VİDEO

607502

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri qısa müddət ərzində uğurla yekunlaşdırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlər sürətli və keyfiyyətli şəkildə icra olunub:

“Ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib. Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.

Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz tədbirlər qısa zamanda və yüksək keyfiyyətlə başa çatdırılıb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.

Beləliklə, daha bir ərazidə nəqliyyat infrastrukturunun dayanıqlılığı bərpa edilərək əhalinin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılıb”, - məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO