“Turan Tovuz” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir.
Rəhbərlik “İmişli”nin hücumçusu Dieqo Almeydanı yenidən gümdəminə alıb. Portuqaliyalı hücumçunun adı bir müddət öncə də “Turan Tovuz”la hallanırdı. Transfer həmin vaxt baş tutmasa da, keçid yayda reallaşa bilər.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Xatırladaq ki, 25 yaşlı forvard cari mövsüm “İmişli” forması ilə 26 oyunda çıxış edib. O, bu görüşlərdə 7 qol vurub və 2 assist edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:49 / 16.04.2026
“İmişli”nin legioneri “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ
Hazırda oxunan: “İmişli”nin legioneri “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ
Hazırda oxunan: “İmişli”nin legioneri “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ
607517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































