Rusiyalı şoumen və aktyor Dmitri Nağıyev hərbi əməliyyatlarla bağlı mövqeyinə görə filmlərdəki rollarını itirdikdən sonra pul qazanmağın yeni bir yolunu tapıb. O, 2 milyon rubl dəyərində təlim kurslarına başlayıb.
Bizim.Media xəbər verir ki, Nağıyev Gürcüstan dağlarında doqquz günlük səyyar seminar təşkil edib və iştirakçılara emosional iş, enerji inkişafı və "film çəkməyi" vəd edib, lakin sənətçinin özü orada olmayacaq.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təlim qrupu Tbilisidə toplaşır və sonra dağlarda beşulduzlu malikanəyə səyahət edir.
İştirakçılara fərdi otaqlar, gündə üç dəfə yemək və üzgüçülük hovuzu vəd edilir. Proqrama daxili enerjini üzə çıxarmaq, emosiyalar və şəxsi bloklarla işləmək, qrupda etimad yaratmaq təcrübələri, gürcü xoru ilə qastronomik şam yeməyi, ssenari yazmaq, müsahibə təlimi, filmin son nümayişi və diskoteka daxildir.
Proqram "Nağıyevlə film çəkirik" şüarı altındadır. Lakin aktyorun özü şəxsən iştirak etməyi planlaşdırmır. O, yalnız bir neçə dəfə video bağlantı vasitəsilə əlaqə saxlayacaq, tapşırıqlar verəcək və uzaqdan prosesi idarə edəcək.
Bu səfərin qiyməti adambaşına təxminən 2 milyon rubl təşkil edir.
Xatırladaq ki, Dmitri Nağıyevin Rusiyadakı karyerası Ukraynadakı hərbi əməliyyatla bağlı açıqlamalarından sonra təhlükə altında düşüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:09 / 16.04.2026
Nağıyev pul qazanmağın yeni yolunu tapdı: 2 milyonluq təlim KEÇƏCƏK
Hazırda oxunan: Nağıyev pul qazanmağın yeni yolunu tapdı: 2 milyonluq təlim KEÇƏCƏK
Hazırda oxunan: Nağıyev pul qazanmağın yeni yolunu tapdı: 2 milyonluq təlim KEÇƏCƏK
607493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































