Bu marşrutda gedişhaqqı azaldıldı - FOTOFAKT

Bu marşrutda gedişhaqqı azaldıldı - FOTOFAKT

Hazırda oxunan: Bu marşrutda gedişhaqqı azaldıldı - FOTOFAKT

607515

Koroğlu–Bilgəh istiqamətində fəaliyyət göstərən 150 nömrəli marşrut xəttində gedişhaqqı rəsmi olaraq 80 qəpik olsa da, bu gün sərnişinlərin kart balansından 70 qəpik tutulub.

Bu hal sərnişinlər tərəfindən müsbət qarşılansa da, həm də təəccüb yaradıb.

Maraqlıdır, sözügedən marşrutda gedişhaqqı həqiqətən azaldılıb, yoxsa bu müvəqqəti haldır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə heç bir azalma yoxdur.

"Sözügedən marşrutda tarif dəyişikliyi baş verməyib və gedişhaqqı 0.80 AZN təşkil edir. Vətəndaşlardan iddialara deyil, rəsmi mənbələrdən məlumat əldə etmələri tövsiyə olunur".



Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO