Xalq artisti Bilal Əliyevə şou-proqramların birində hörmətsizlik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “qaynarinfo.az”a açıqlamasında danışıb.
Bilal Əliyev bildirib ki, ona qarşı edilən hörmətsizliyə görə məclisi tərk edib:
"Məclislərin birinə getmişdim, çıxış üçün növbə mənim idi. Baxıram, biri qızın başına pul səpir, onu oxutdurur. Aparıcı dedi ki, xalqımızın sənətkarı Bilal Əliyev proqramın qonağıdır, səhnə onundur. Həmin imkanlı şəxs isə dedi ki, Bilal Əliyev gözləsin, səhnə mənim sevgilimindir. Bilal Əliyev yalnız ondan sonra oxuya bilər. Onun bu hərəkətindən sonra proqramı tərk etdim. Orada qalmağın yeri yox idi".
Bilal Əliyev təəssüflə bildirib ki, pul bəzi insanların gözünü kor edib:
"Elə bilirlər pul hər şeyi həll edir. Sənin sevgilin oxuya bilmir, ümumiyyətlə oxumaqdan xəbəri yoxdur. Hamısı xaric oxuyurlar, insan qulaq asanda dəhşətə gəlir ki, bu qız sənətə necə gəlib. Mən bunu ona görə açıqlayıram ki, hər kəs öz yerini bilsin, əsl sənət isə kənarda qalıb".
Xalq artisti şou-proqram təşkilatçılarına da çağırış edib:
"Pulunuz var deyə xalqın sənətkarına qarşı hörmətsizlik edə bilməzsiniz. Mənim belə insanların puluna ehtiyacım yoxdur. Amma insanın bu şəkildə "mədəniyyəti"ni görəndə dəhşətə gəlirəm. Başına dəysin sənin pulun. Evdə ailən var, sabah bu hərəkətindən xəbər tuta bilər".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
23:54 / 16.04.2026
"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
Hazırda oxunan: "Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
Hazırda oxunan: "Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
607588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































