Ermənistan Apelyasiya Məhkəməsi noyabrın 27-də ölkənin keçmiş prezidenti Robert Koçaryanın işinə baxacaq.
Bu haqda Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.
Qeyd edək ki, Xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində keçmiş prezidentdə konstitusiya quruluşunun devrilməsi ittihamını təqdim edib. O, bir gün sonra iki aylıq həbs edilib.
İrəvan Apellyasiya Məhkəməsi avqustun 13-də Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətini təmin edib. Məhkəmə Robert Koçaryanın toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Noyabrın 15-də Kassasiya Məhkəməsi işi əlavə təhqiqata göndərib.(publika.az)


































































































