Bayden Ərdoğanla niyə Putindən qabaq görüşür? – Səbəblər AÇIQLANDI

Hazırda oxunan: Bayden Ərdoğanla niyə Putindən qabaq görüşür? – Səbəblər AÇIQLANDI

24711

“Türkiyə-Amerika münasibətlərinin axır zamanlar gərginləşməsi bir sıra məsələlərin gündəmə gəlməsilə bağlı olacaq” - deyən, politoloq Fikrət Sadıxov Ərdoğanla Bayden görüşündə diskussiyaların ilk növbədə ikitərəfli münasibətlərin gələcəyi barədə olacağını qeyd etdi.

Bizim.Media-ya müsahibəsində politoloq onu da vurğuladı ki, fikir mübadiləsi aparılacaq mövzular arasında Ağ Evlə Ankara arasında hərbi əməkdaşlıq da var.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan-Bayden görüşündə erməniləri qorxudan MƏQAMLAR


Çünki ABŞ vaxtı ilə Türkiyəyə vəd etdiyi silahı verməyib və bu, Ankaranın narazılığına səbəb olan faktdır:

“Digər tərəfdən, bəzi regionlarda, xüsusilə Yaxın Şərqdə, Cənubi Qafqazdakı məsələlər də diskussiya predmetinə çevriləcək. Düşünürəm ki, Cənubi Qafqazda stabillik, təhlükəsizlik və postkonflikt vəziyyət mütləq müzakirə olunacaq. Türkiyə öz mövqeyini kifayət qədər prinsipial şəkildə bildirəcək. Çünki Türkiyə bu regionda aparıcı bir oyunçudur. Əgər ABŞ da bu məsələdə hansısa müsbət rol oynamağa hazırdırsa, sanmıram ki, Türkiyə buna etiraz etsin. 

Əlbəttə ki, görüşdə digər məsələ də üçbucaq şəklində müzakirə olunacaq. Mən ABŞ-Türkiyə-Rusiya münasibətlərini nəzərdə tuturam. Vaşinqton çalışacaq ki, Ankaranın Moskva ilə yaxınlaşma məsələsinə kontrarqumentlər (əks dəlil, müddəalar) irəli sürsün.


Amma Türkiyə bütün hallarda öz maraqlarına cavab verən addımlar atır və əgər onun maraqlarına zidd olan hər hansı tövsiyə verilirsə, əlbəttə ki, Türkiyə heç vaxt bu yolla getməyəcək”, - deyə politoloq Fikrət Sadıxov fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO