İlham Əliyevin Zəngəzur MESAJLARI

İlham Əliyevin Zəngəzur MESAJLARI

Hazırda oxunan: İlham Əliyevin Zəngəzur MESAJLARI

23013

Xəbər verdiyimiz kimi, mayın 30-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Kadir Karaismailoğlu ilə arasında görüş baş tutub. Tərəflər arasında aparılan müzakirələrdə bir çox önəmli detallara  toxnulub.

Xüsusilə də, İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi məsələlər və verdiyi mesajlar daha çox diqqəti cəlb edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir" – İLHAM ƏLİYEV


Tərəflər arasında əsas müzakirə mövzusu Zəngəzur dəhlizi vasitəsilə iki ölkəni birləşdirəcək nəqliyyat və kommunikasiya layihələri olub. Prezident artıq sözügedən istiqamətdə fəaliyyətə başlanıldığını və Naxçıvan Muxtar Respublikası ərazisində lazımi infrastrukturun təşkil olunduğunu qeyd edib.

Artıq lazımi işlərin görülməyə başlaması haqqında fikirləri ilə İlham Əliyev revanşizm xülyaları ilə pafoslu çıxışlar edən erməni “başbilənlər”inə və onların havadarlarına gərəkli mesajı verdi. Prezidentin bu açıqlaması Zəngəzur dəhlizinin açılmasına qarşı çıxışlar edən revanşist ideyaların daşıyıcılarının və 44 günlük müharibədən sonra uzaqdan qışqırıqlarının bölgəyə çatmaması səbəbindən hər vəchlə münaqişənin canlanmasına çalışan qüvvələrin boşuna kürək çəkdiyinin də sübutu oldu.

Həmçinin Prezident tərəfindən Meğri dəhlizi ilə nəqliyyat əlaqələrinin bərpası üçün 2-2,5 il zamana ehtiyac olduğu da vurğulanıb.

Təbii ki, mövcud situasiyada əlaqələrin bərpasının qısa müddətdə təmin olunacağını düşünmək doğru olmazdı. Çünki Azərbaycan-Ermənistan münasibətlərində sülhün tam bərpa olunması hələ də mümkün olmayıb. 

Prezidentin öncəki çıxışlarında dediyi kimi, səbr etməkdə fayda var. Ermənistanda siyasi vəziyyətin gərginliyi səbəbindən ölkələr arasında mühüm əhəmiyyətə malik sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həllinə nail olmadan digər məsələlərin yoluna qoyulması inandırıcı görünmür. Problemlərin həlli üçün isə ilk öncə Ermənistanda seçkilərin keçirilməsi və hökumətin formalaşdırılmasını gözləmək lazımdır.
 

Türkiyəli nazirin prezidentimizə hədiyyəsi də simvolik anlam daşıyırdı. “Dəmir yumruq”da olduğu kimi indidə dostluğumuzun rəmzi olan qılıncın İlham Əliyevə hədiyyə edilməsi Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedən çıxış edənlərə verilən cavab mahiyyətində idi.


“Ağıllı ermənilər”

Prezidentin çıxışında vurğuladığı ən önəmli fikir isə, “Müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir"- açıqlaması olub. İlham Əliyəv sözügedən fikirləri ilə erməni xalqının da yavaş-yavaş reallığı dərk etməyə başladığına diqqət çəkib. 

Həqiqətən də, Ermənistanda müharibədən və düşmənçilikdən bezmiş, revanşist ideyalardan təmizlənməyə çalışan insanların sayı heç də az deyil. 

Uzun illər qonşuluğumuzda yaşayan məlum xalqla bağlı xalqımızın əmin olduğu gerçəkliklərdən biri də “erməni” və “faşizm” sözlərinin bir-birindən ayrı işlənməməsidir. Bu səbəbdən az saylı da olsa müasir realllığı dərk edən erməninin peyda olması tarixi uğur hesab oluna bilər. Təbii ki, vaxt keçdikcə “ağıllı ermənilər”in də sayı artacaq və nəticədə bölgədə sülhün bərpası üçün lazımi zəmin yaranacaq. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO