Minsk Qrupunun amerikalı həmsədri satanistdirsə...  - Nə etməli?

Minsk Qrupunun amerikalı həmsədri satanistdirsə... - Nə etməli?

Hazırda oxunan: Minsk Qrupunun amerikalı həmsədri satanistdirsə... - Nə etməli?

220543
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “ABŞ-dakı daimi nümayəndəsi” adlandırılan Robert Avetisyan Amerikanın Konnektikut ştatındakı məşhur Yel universiteti tribuna veribxa0

(bax: moderator.az/news/220246.html). R.Avetisyan universitetin erməni tələbə klubu tərəfindən təşkilxa0 edilmiş “Dağlıq Qarabağ və Azərbaycan: danışıqlar prosesində irəliləyiş perspektivləri “ mövzusunda müzakirələrdə çıxış edib, sualları cavablandırıb.xa0

Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş separatçı tədbirdəxa0 ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans, ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Kerri Kovano da iştirak edib.xa0
Və ən diqqətçəkən hallardan biri:xa0 separatçı müzakirələrin moderatoru, yəni aparıcısı Yel universitetinin böyük elmi işçisi, ABŞ prezidentinin keçmiş müşaviri (2002-2007) Tomas Qrexem olub.xa0

Separatçı erməninin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlarına şərait yaradıldığı Yel universiteti mason, illüminant və satanistlərin yetişdirilmə ocağı kimi də tanınır. ABŞ-ın bir sıra prezidentləri və məşhurları, o cümlədən Bill Klinton, ata və oğul Buşlar, eləcə də keçmiş dövlət katibləri Hillari Klinton və Con Kerri də bu təhsil ocağının məzunlarıdır. Azərbaycanın, Qarabağın taleyi üçün daha bir diqqətəlayiq fakt: ATƏT-in Minsk Qrupunun hazırkı amerikalı həmsədri Endryu Şefer də Yel universitetinin məzunudur. Odur ki,xa0 onun daxa0 “Kəllə və sümüklər” satanist lojasının üzvü olduğu ehtimalı yaranır...
Bəs belə olduğu halda Azərbaycan onsuz da son 25-26 ildə torpaqlarımızın azad edilməsi istiqamətində heç bir müsbət addım atmayan ATƏT-in Minsk Qrupu adlı qurumdan düşmənçilikdən savayı nə gözləməlidir? Ümumiyyətlə, Bako Saakyanın ABŞ Konqresindəki qəbulunun ardınca Robert Avetisyanın separatçı qurumun nümayəndəsi kimi dünya şöhrətli bir təhsil ocağında qəbulu nələrdən xəbər verir?xa0 xa0xa0

Moderator.az-a bu suallarla bağlı açıqlama verən tanınmış politoloq Cümşüd Nuriyev bunları söylədi:xa0
“Son, xüsusən 30 ildə ABŞ-ın dövlət kimi tutduğu mövqe həddən artıq çoxüzlü, satqın bir mövqe olub. Yəni bu dövlətin konkret Azərbaycana olan sevgisi, demək olar ki, sıfır səviyyəsindədir. Nə vaxt ki, Azərbaycan Amerikaya lazım olur, onda Ağ Evin yadına “insan hüquqları” düşür,xa0 “haqq-ədalət” axtarmağa başlayırlar. Halbuki beynəlxalq hüququn əsas prinsiplərindən ön sırada qonşuluq şəraitində yaşamaq və beynəlxalq təhlükəsizliyin təmin olunması prinspipləri dayanır. İnsan haqları və s. onlardan sonra gəlir. Yəni, beynəlxalq hüquqa heç vaxt hörmət göstərməyən ABŞ-ın Azərbaycan xalqının Ermənistanın təcavüzünə, terroruna, separatçılığına məruz qalması maraqlandırmır. Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı separatçı rejimə büdcədən ayrıca vəsait ayırmaqla de-yure bu qondarma separatçı qurumun varlığını qəbul edib. Son dövrlərdə Saakyanların, Avetisyanların Amerikaya gedişlərinin, çıxışlarının sıxlaşdırılmasının arxasında həm Rusiya və ABŞ münasibətlərinin kəskinləşməsindən yararlanmağa çalışan ermənilərin hiyləgərliyi, həm də Rusiya ilə qarşıdurmada Ağ Evin Azərbaycanı öz cibində görmək istəyi dayanır. Azərbaycan isə müstəqil dövlət kimi heç kəsin cibində olmaq istəmir. ABŞ isə dəfələrlə deyildiyi kimi, Ermənistanla Azərbaycanı, yəni işğalçı ilə işğal olunan ölkəni eyni tutur. Bu baxımdan, qondarma rejmin ABŞ-dakı “nümayəndəsi” kimi sayılan Robert Avetisyanın nüfuzlu Yel universitetundəxa0 görüşünə şərait yardılması və həmin görüşə keçmiş ABŞ və ATƏT rəsmilərinin qatılması təəccüblü deyil.xa0
Məlumdur ki, ABŞ-ın gizli şeytanpərəst, satanist ideologiyasının bazası Yel universitetidir. “Lütsiferlər”(“Lütsifer”-İblisin adlarından biridir) adlanan və bütün bəşəriyyət, insanlıq üçün çox təhlükəli olan şeytani qurum də məhz Yel universitetində formalaşıb. Bütün digər gizli mason təşkilatları ilə paralel bu qurumun da məqsədi İblisə sitayiş edən və ari hesab edilən şəxslərin, ailələrin dünyaya ağalıq etməsi, bütün insani dəyərlərin məhv edilməsidir.xa0 Bu mənada Avetisyanlaraxa0 universitetdə tribuna verilməsi heç də təsadüfi deyil.xa0

Politoloq qatı türk-müsəlman düşməni olmuş daşnak Anastas Mikoyan ailə üzvlərinin hazırda dünyadakı aparıcı gizli qurumların üzvü olması haqda maraqlı faktlar söylədi:

“Xatırladım ki, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Avanesyan da lütsiferlərin yetişdiriməsi kimi fəaliyyət göstərib. Onun babası İstanbulda terrorçu liderlərdən biri olub. Onu da bilmək lazımdır ki, Ermənistanın dini Qriqoryan xristian dini adlansa da, əslində erməni kilsəsi də mahiyyətcə lütsiferlərin Qafqazdakı bazasıdır. Bilirsinizmi ki, dünyada “300”-lər deyilən komitənin üzvü olan ailələrdən biri də XX əsrin əvvəllərindən 70-ci llərədək Azərbaycana qarşı qatı düşmən mövqedə duran Anastas Mikoyanın törəmələridir. Həmin Mikoyanın da hazırda Qarabağda yaşayan qohum-əqrəbaları var. O vaxt biz Xankəndində işləyəndə müəyyən etmişdik ki, avtobazanın direktoru Dadamyan Mikoyanın yaxın qohumudur... Bütün deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Avetisyanın Yel universitetindəki qəbulunun arxasında Amerikanın yeni bir siyasi iblisanə oyunu və məkrli siyasəti dayanır. Bunun da mahiyyətində Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərini korlayaraq ölkəmizi təkləyərək yalnız öz diktəsinə tabe etdirmək durur”.

C.Nuriyev açıqlamasının sonunda həmsədr dövlətlərin və onların iç üzünün açılmasının nəticəsi kimi Azərbaycanın Minsk Qrupunun xidmətindən imtna etməsinin zəruri olduğunu vurğuladı:

“Konkret ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Fişerə gəldikdə, o, Yel universitetinin yetirməsi kimi satanist,xa0 lütsifer olmasa belə, onunxa0 gediş-gəlişinin, çıxışlarının Azərbaycana heç bir faydası ola blməz. Çünki E.Fişer öz dövlətinin bayaqdan təsvir etdiyimiz məkrli siyasətinə uyğun davranır. İkincisi də Azərbaycan çoxdan Minsk Qrupu haqda konkret tədbir görməli idi. Milli Məclis məsələ qaldırmalıdır ki, 1992-ci ildənxa0 ATƏT-in üzvüyük və son 25-26 ildə Minsk Qrupu Qarabağ məsələsinin ədalətli həlli istiqamətində heç bir iş görmədiyi üçün biz bu qurumdan imtina edirik. Həmsədrlərin üçü də BMT Təhlükəsizlik Şurasının üzvüdür, amma ortalıqda bir nəticə yoxdur. Ya bu qurumdan imtina etmək lazımdır. Ya da o, paritet əsaslarla yenidən təşkil olunsun. Yəni Minsk Qrupu da xristian klubu olmamalıdır. Məsələn, bu quruma 3 xristian dövləti ilə paralel Azərbaycanın mövqeyini dəstəkləyə biləcək 3 müsəlman dövləti də salınmalıdır. Misal üçün, Türkiyə, Qazaxıstan, Pakistan, İndoneziya, lap İran... Əks halda Qarabağın siyasi yolla azad edilməsindən bəhs etməyə dəyməz. Çünki münaqişənin həll olunmasını istəməyən məhz həmin həmsədr dövlətlərdir. ABŞ-la Rusiyanı maraqlarının üst-üstə düşdüyü yeganə məsələ Qarabağ münaqişəsidir...”xa0

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO