Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığına rəsmi Bakıdan SƏRT REAKSİYA

Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığına rəsmi Bakıdan SƏRT REAKSİYA

Hazırda oxunan: Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığına rəsmi Bakıdan SƏRT REAKSİYA
637424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pislənir və rədd edilir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və XİN-in mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində qeyd olunub.
 

Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir:


"Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz.

Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO