Ötən gün “Real TV”nin baş direktoru Mirşahinin Ağayevin oğlu jurnalist Mirçingiz Ağayevin toyu barədə sosial mediada yazılanlar müzakirələrə səbəb olub. Yayılan iddialara görə, aralarında mübahisə yarandığı üçün Mirşahin oğlunun toyunda iştirak etməyib.
Hətta o, “Real TV”nin digər işçilərinə də toya getməyi qadağan edib. Nəticədə, keçmiş “Yeganə”, indiki “Valmora” şadlıq evində baş tutan toyda çox az adam iştirak edib. İddialara görə, şadlıq sarayına tələb edilən menyuya görə pul ödənmədiyi üçün Mirçingiz və onun xanımı girov saxlanılıb. Məlumatı jurnalist Ülviyyə Alovlu paylaşıb.
Bizim.Media xəbər verir ki, yayılan xəbərlərlə bağlı “Pravda.az” Mirçingiz Ağayevlə əlaqə saxlayıb.
O, atasının toya gəlməmə səbəbini belə izah edib:
“Atamın toya gəlməməsi doğru məlumatdır. Çünki bir ay öncədən atam Naxçıvana biletini almışdı. “Real TV”nin əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimat gecəsində olacaqdı. Bununla bağlı ayrıca məlumat vermişdi. Təqdimat mərasimində bir çox rəsmilərin də iştirak edəcəyini nəzərə alaraq, düşünmək olmazdı ki, həmin tədbiri təxirə salıb toya gələcək. Bu məlumatın doğruluğunu təsdiq edə bilərəm. Təqdimatda olduğunu bildirən paylaşım da etmişdi.
“Real TV”dən bəzi əməkdaşlar gəlmişdilər, hətta keçmiş əməkdaşlar da. Amma çoxluq yox idi. Bu isə yayılan məlumatlarla bağlı deyil. Əvvəlki iş yerimdən də dəvət etdiyim xeyli adamın gəlməmək üçün müxtəlif səbəbləri var idi. Kimisi xəstələnib, kimisi ölüb. Ölənləri başa düşürəm, dirilərin gəlməmələri ilə bağlı məni üzən məqamlar var.
Bunu da şaiyələrlə əlaqələndirmək istəməzdim. Bizi girov saxlamaları barədə məlumat yanlışdır. İçəridə mən və bir neçə qohumum olub. Haqq-hesab həll ediləndən sonra - təqribən, on beş-iyirmi dəqiqə ərzində mən də şadlıq sarayından çıxdım”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:27 / 18.09.2026
Mirşahinin oğlu atasının onun toyuna gəlməməsinə aydınlıq gətirdi
Hazırda oxunan: Mirşahinin oğlu atasının onun toyuna gəlməməsinə aydınlıq gətirdi
Hazırda oxunan: Mirşahinin oğlu atasının onun toyuna gəlməməsinə aydınlıq gətirdi
637454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































