Aqrar sahədə YENİ MEXANİZM – Fermerlər üçün nə vəd edir?

Aqrar sahədə YENİ MEXANİZM – Fermerlər üçün nə vəd edir?

Hazırda oxunan: Aqrar sahədə YENİ MEXANİZM – Fermerlər üçün nə vəd edir?

637385

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi, xüsusilə kənd təsərrüfatı baxımından əhəmiyyətlidir. Məhsulun keyfiyyətinin və mənşəyinin təsdiqlənməsi həm daxili bazarda etimadın artırılması, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından faydalı ola bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Cavanşir Paşazadə komitədə bu gün müzakirəyə çıxarılan yeni “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsini şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Aqrar sahədə YENİLİK – Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR


O qeyd edib ki, burada kiçik və ailə fermerlərinin vəziyyəti mütləq nəzərə alınmalıdır:

“Yeni mexanizm fermer üçün əlavə və ağır bürokratik prosedura çevrilməməli, əksinə, sadə, əlçatan və münasib şərtlərlə tətbiq olunmalıdır. Ümumilikdə, bu dəyişikliklərə yanaşarkən əsas meyar qanunun daha aydın, işlək və vətəndaş üçün əlçatan olmasıdır. Dövlətin maraqları ilə vətəndaşın hüquqları arasında düzgün tarazlığın qorunması, xüsusilə torpaq, əmlak və sahibkarlıq məsələlərində ədalətli mexanizmlərin yaradılması çox vacibdir. Eyni zamanda yeni tələblərin kiçik sahibkar və fermerlər üçün əlavə bürokratik və maliyyə yükü yaratmamasına diqqət yetirilməlidir”.

Bundan başqa, deputat komitə iclasının gündəliyinə daxil olan digər məsələlərə də münasibət bildirib.

“Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı dəyişikliklər isə xüsusilə həssas məsələdir. Dövlət ehtiyacı ilə torpağın alınması zərurəti yarandıqda həm dövlətin maraqları, həm də mülkiyyətçinin hüquqları nəzərə alınmalıdır. Burada kompensasiyanın ədalətli müəyyən edilməsi, torpağın real dəyərinin, üzərindəki tikililərin və sahibkara dəyə biləcək digər zərərlərin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Mən hesab edirəm ki, bu prosesdə vətəndaşın hüquqi müdafiəsi və kompensasiyanın ədalətli müəyyənləşdirilməsi əsas prinsiplərdən biri olmalıdır. Həmçinin, Mülki Məcəllə və “İcra haqqında” Qanuna təklif olunan dəyişikliklərə gəldikdə isə, burada əsas məsələlərdən biri məhkəmə qərarlarının daha səmərəli və vaxtında icrasının təmin edilməsidir. Qanunvericiliyin təkmilləşdirilməsi yalnız qərarın qəbul edilməsi ilə kifayətlənməməli, həmin qərarın real həyatda icra olunmasına da imkan yaratmalıdır”.
 

Qeyd edək ki, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasıda Mülki Məcəllədə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Məhsul şəhadətnaməsi haqqında”, “İcra haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.


İclasın gündəliyində yer alan qanun layihələri müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO