"Neftçi" 1000-ci oyununda qələbə qazandı

"Neftçi" 1000-ci oyununda qələbə qazandı

Hazırda oxunan: "Neftçi" 1000-ci oyununda qələbə qazandı

637448

Misli Premyer Liqasının VI turunda "Neftçi" səfərdə "Qəbələ"yə qalib gəlib.

Bizim.Media xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda "ağ-qaralar" 3:0 hesablı qələbəyə seviniblər.

25-ci dəqiqədə Breno Almeyda hesabı açıb. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa yüksəldib. Yekun nəticəni isə 90+2-ci dəqiqədə Lyubomir Tupta müəyyənləşdirib.
 

Bu matç həmçinin "Neftçi"nin ölkə futbolu tarixində yüksək dəstədə keçirdiyi 1000-ci oyun kimi tarixə düşüb. Bununla da Bakl klubu Azərbaycan çempionatlarında bu rəqəmə çatan ilk Azərbaycan klubu olub.


Qeyd edək ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 15 xalla liderliyə yüksəlib. "Qəbələ" isə 4 xalla səkkizincidir.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO