Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

Hazırda oxunan: Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq

637484

Geniş istifadə olunan ağrıkəsici preparatlardan biri sağlamlıq üçün təhlükə yarada bilər.

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, bu barədə həkim Sara Marin Berbell danışıb.

Onun sözlərinə görə, insan ağrı hiss etdikdə həkim təyinatı ilə ibuprofen qəbul edə bilər.

Lakin bu preparatdan həddindən artıq istifadənin ciddi fəsadlara səbəb olması riski də var.Sara Marin Berbell qeyd edib ki, ibuprofenin müntəzəm və həkim nəzarəti olmadan qəbul edilməsi böyrəklərlə bağlı problemlər yaratması da mümkündür.

Həkim buna öz pasiyentlərindən birini nümunə göstərib.

Həmin qadın aybaşı ağrılarını normal hesab etdiyi üçün mütəmadi olaraq ibuprofen qəbul edib. Nəticədə aparılan qan analizləri böyrək funksiyalarında pozuntular olduğunu üzə çıxarıb.

 

“İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamamilə başqa məsələdir”, - S.M.Berbell vurğulayıb.


Mütəxəssis əlavə edib ki, ağrı insanı davamlı olaraq ağrıkəsici qəbul etməyə məcbur edirsə, narahatlığın səbəbi araşdırılmalı, problem sadəcə müvəqqəti olaraq aradan qaldırılmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO