ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO

ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO

Hazırda oxunan: ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO
637473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ İraqdakı 23 illik hərbi mövcudluğuna son qoyur. 

Bizim.Media xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, sonuncu amerikalı hərbçilər sentyabrın 17-dən 18-nə keçən gecə İraq Kürdüstanı ərazisini tərk etməyə başlayıblar.

Birləşmiş Ştatlar qoşunlarını İraq Kürdüstanının Ərbil mühafazasında yerləşən "Harir" hərbi bazasından çıxarmağa başlayıb. Ölkənin digər hissələrində isə artıq amerikalı hərbçi qalmayıb.

İraqın Baş naziri Əli əl-Zeydinin bəyan etdiyinə görə, ABŞ ordusunun ölkədən çıxarılması sentyabrın 30-dək başa çatmalıdır və bu tarix qəti və geri dönməzdir.

Qeyd edək ki, ABŞ qoşunları 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra, 2011-2014-cü illərdəki qısamüddətli fasilə istisna olmaqla, 23 il ərzində İraqda mövcud olub.

Müəyyən illərdə İraqdakı ABŞ hərbi kontingentinin sayı 170 min nəfərə çatırdı. Hazırda isə bu rəqəm bir neçə min nəfərdən çox deyil, lakin Pentaqon hərbçilərinin dəqiq sayını açıqlamır.

Son dövrlərdə amerikalılar İraq Kürdüstanında cəmi bir hərbi bazadan istifadə edirdilər ki, indi oranı da tərk edirlər.Qeyd edək ki, daha əvvəl Donald Tramp amerikalı hərbçilərin İraqda qalmasına artıq ehtiyacın olmadığını bəyan etmişdi.

ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO - foto 1
ABŞ İraqdakı sonuncu hərbi bazasından qoşunlarını ÇIXARIR - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO