Məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı RƏSMİ AÇIQLAMA

Məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı RƏSMİ AÇIQLAMA

637427

Ümumi təhsil müəssisələrində təlim-tədris prosesinin təşkili ilə yanaşı, şagirdlərin sağlamlığının qorunması və psixoloji inkişafının dəstəklənməsi prioritet istiqamətlərimizdəndir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik bu məsələlərə xüsusi həssaslıqla yanaşır və onları daim diqqət mərkəzində saxlayır:

"Bildiririk ki, “Təhsilalanların intizam qaydaları” ümumi təhsil müəssisələrində şagird davranışının əsas istiqamətlərini müəyyən edir. Bu qaydalar məktəblilərin fiziki təhlükəsizliyinin təmin olunması, psixoloji sağlamlığının qorunması, dərslərə davamiyyətinin izlənməsi, məktəbdaxili münasibətlərin tənzimlənməsi və əlverişli öyrənmə mühitinin formalaşdırılması ilə bağlı tələbləri, həmçinin onların pozulması hallarında tətbiq ediləcək prosedurları ehtiva edir. 

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə mütəmadi monitorinqlər aparılır.
 

Bu monitorinqlər çərçivəsində şagirdlərin intizam qaydalarına riayət vəziyyəti müşahidə olunur, məktəbə gətirilməsi qadağan edilmiş əşya və ləvazimatlar barədə maarifləndirmə işi həyata keçirilir.


Şagird çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkar edildiyi halda, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür.

Şagirdlərin valideynləri məktəbə dəvət olunur, məktəb rəhbərinin iştirakı ilə valideynlə görüş keçirilir. Görüşdə tədris prosesinə uyğun olmayan, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəli və zərərli əşyaların məktəbə gətirilməsinin qadağan olması bir daha diqqətə çatdırılır və əşyalar valideynlərə təhvil verilir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO