"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?" - VİDEO

"Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?" - VİDEO

Hazırda oxunan: "Taksi 20-30 manat olub, metro bağlı, insanlar uçaraq getsin?" - VİDEO
637450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Adi günlərdə 3-4 manata gedilən yol 20 manata qalxır.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib.

Verilişdə son günlər taksi qiymətlərində müşahidə olunan artım, sürücülərin aşağı məbləğli sifarişlərdə sərnişini gözlətməsi və daha sonra sifarişdən imtina etməsi məsələləri müzakirə olunub.

Aparıcı Mehman Rəsulov isə bu günlərdə taksi sifariş edərkən hər zaman 4 manata getdiyi yol üçün ondan dəfələrlə çox məbləğ tələb olunduğunu bildirib:

“Pik saatda tələsirdim. Düşündüm ki, taksi ilə tez çataram. Tətbiqə girdim, qiymətə inanmadım. Necə 4 manatlıq yol 25 manat ola bilər? Yol da tıxacdır. Taksilərin sayını azaltdılar. Düşünmədilər ki, biz metroda təmirə başlayacağıq, 11 ay metroda təmir gedəcək? Cəmi iki nəqliyyat vasitəsi var: avtobus və metro. Digər böyük şəhərlərdə tramvay xətti və başqa nəqliyyat vasitələri olur. Taksi sayı azaldı, metro xətti də bağlandı. İnsanlar qanad açıb uçmalıdır? Başqa yolumuz yoxdur”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə də taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı görünür.

Sərnişinlər bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra dəqiqələrlə gözlətdiyini, daha sonra isə “gəlmirəm” deyərək sifarişdən imtina etdiyini yazırlar. Bəzi hallarda isə sürücülərin zəng edərək tətbiqdə 3-4 manat göstərilən yola 20-25 manat qarşılığında getməyi təklif etdiyi iddia olunur. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO