2026-cı il üçün Nobel mükafatının məbləği hər bir kateqoriya üzrə 12 milyon İsveç kronuna (1,2 milyon dollar) çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə mükafatın saytında yer alan məlumatda Nobel Fondunun müvafiq qərar qəbul etdiyi bildirilib.
Təşkilatın dəqiqləşdirməsinə görə, hər bir kateqoriya üzrə mükafatın məbləği 1 milyon İsveç kronu (100 min dollar) artırılıb.
Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə düzəliş edilib, o cümlədən məbləğin azaldılması da olub. Xatırladaq ki, Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:44 / 18.09.2026
Nobel mükafatının məbləği ARTIRILDI
Hazırda oxunan: Nobel mükafatının məbləği ARTIRILDI
Hazırda oxunan: Nobel mükafatının məbləği ARTIRILDI
637467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































