Rusiya gün ərzində məhv edilən Ukrayna dronlarının sayını açıqladı

Rusiya gün ərzində məhv edilən Ukrayna dronlarının sayını açıqladı

Hazırda oxunan: Rusiya gün ərzində məhv edilən Ukrayna dronlarının sayını açıqladı
637475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gün ərzində ölkə ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus 328 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, dronlar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək vurulub.

Müdafiə Nazirliyinin bildirdiyinə əsasən, PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Tula, Ryazan və Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və Dağıstan respublikaları, həmçinin Qara və Xəzər dənizlərinin akvatoriyaları üzərində məhv edilib.

Məlumatda həmçinin qeyd edilib ki, sentyabrın 18-də səhər saatlarında cümə gününə keçən gecə HHM qüvvələri 629 Ukrayna istehsalı təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO