Rusiya Ermənistanda öz iqtisadi operatorlarının maraqlarına riayət olunmasını diqqətlə izləyir.
Bizim.Media Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, qayda pozuntusu təkcə Ermənistan Respublikasının investisiya mühitinə zərər vurmayacaq, həm də Rusiya tərəfindən cavabsız qalmayacaq.
"Ermənistan tərəfi ilə təmaslarda mütəmadi olaraq Ermənistanda Rusiya biznesinin fəaliyyət şərtləri mövzusunu qaldırırıq. Müxtəlif səviyyələrdə bizi əmin edirdilər ki, investisiyalarımıza heç nə təhdid yaratmır.
Ancaq gördüyümüz kimi, bu bəyanatlar reallıqla heç də tam üst-üstə düşmür. Getdikcə daha çox ekspert bu fikirlə həmrəy olur, respublikada siyasi motivlərlə "mülkiyyətin yenidən bölüşdürülməsi" əlamətləri müşahidə edilir", - Qaluzin deyib.
Nazir müavini nümunə olaraq iş adamı Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin davam edən milliləşdirilməsini göstərib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:13 / 18.09.2026
Rusiya Ermənistana xəbərdarlıq etdi: “Bu, cavabsız qalmayacaq”
Hazırda oxunan: Rusiya Ermənistana xəbərdarlıq etdi: “Bu, cavabsız qalmayacaq”
Hazırda oxunan: Rusiya Ermənistana xəbərdarlıq etdi: “Bu, cavabsız qalmayacaq”
637433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































