Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO
217080
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. 
 

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib. 


Nazir görüş zamanı Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO - foto 1
Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO