PA rəsmisindən XƏBƏRDARLIQ: "Azərbaycana qarşı hücumlara hazır olmalıyıq"

PA rəsmisindən XƏBƏRDARLIQ: "Azərbaycana qarşı hücumlara hazır olmalıyıq"

Hazırda oxunan: PA rəsmisindən XƏBƏRDARLIQ: "Azərbaycana qarşı hücumlara hazır olmalıyıq"
215554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə ölkəmizə qarşı sosial şəbəkələrdə dezinformasiyalar yayır. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib. 

Onun sözlərinə görə, bu gün texnologiyanın inkişafı ilə hər şeyi informasiya həll edir: 

"Artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır". 

O qeyd edib ki, yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir: 

"Daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Xüsusilə, COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO