Fransalı diplomat daşnak erməni kilsəsinin təmsilçisi kimi danışır - BƏYANAT

Fransalı diplomat daşnak erməni kilsəsinin təmsilçisi kimi danışır - BƏYANAT

Hazırda oxunan: Fransalı diplomat daşnak erməni kilsəsinin təmsilçisi kimi danışır - BƏYANAT
213536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır. 

Bizim.Media xəbər verir ki, bunlar Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib. 

Bildirilib ki, xüsusən, Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü yox, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır: 

"Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur. Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO