Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

Hazırda oxunan: Mirzoyan: İrəvan qısa müddətdə Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır
212902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşdə deyib. 

“Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlar qeyd olunub. Mirzoyan vurğulayıb ki, Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın mövqeyi var və saziş layihəsi ilə bağlı son təklifi də buna xidmət edir”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Mirzoyan bildirib  ki, Ermənistanın regionda sabitliyin təmin edilməsinə baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də qarşılıqlı iqtisadi əlaqənin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO