Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTO
212245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə bir sıra görüşlər keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, general-leytenant N.İslamzadə səfər çərçivəsində Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə naziri Yaşar Güler və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO