Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması MÜZAKİRƏ EDİLDİ

Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması MÜZAKİRƏ EDİLDİ
210192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Bizim.Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olunub, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin IFC ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO