2018-ci ilin martın 18-də Rusiyada yeni prezdent seçilərkən bu,cox böyük ehtimalla, köhnə prezident olacaq. İctimai rəyin öyrənilməsi üzrə müstəqil “Levada” Mərkəzinin sorğusuna görə Putinin populyarlığı 80%-dən yuxarıdır. Seçkilər bu gün olsaydı,onda seçicilərin 60%-dən çoxu Putinə səs verərdi və bununla da ikinci yeri tutan namizədinkindən haradasa, 50%-dən çox səs yığardı.
Bu, ölkənin ali postu uğrunda Putinin dördüncü mübarizəsidir. Heç kimin şübhəsi yoxdur ki, Putin prezdent seçkisində qələbə çalacaq. Ancaq böyük sual bundan ibarətdir ki, necə udacaq. Şübhəsiz ki, Putin, prezdent kimi gedəcəyi son seçkinin qüsursuz və arzuolunan nəticə ilə bitməsi üçün əlindən gələni edəcək. Ancaq buna nail olmaq heç də asan başa gəlməyəcək. Pisləşən iqdisadiyyat və son zamanların populyar müxalifət lideri Aleksey Navalnıy. Bunlar Putini dördüncü dönəmində ən cox məşğul edəcək məsələlərin önündə gəlir. Şübhəsizki bu məsələlər seçkilərə də təsir edəcək. Son dövrlərin araşdırmalarına görə ölkənin iqdisadiyyatı sürətlə zəifləyir və əhali kasıblığa doğru gedir.Təbii ki, bunda Qərbin tətbiq etdiyi sanksiyalar və neftin qiymətinin aşağı olması əsas səbəbdir.
Son zamanlar narazı kütləni arxasına alaraq Putinə qarşı sürətli addımlarla gələn xarizmatik blogger Aleksey Navalniy Rusiya tarixində yeganə müxalifət lideridirki, ümumrusiya etiraz mitinqi keçirməyə müvəffəq oldu. Onun nüfuzu çoxdur və Putin sonrası prizdent kim olacaq sorğularında öndə gedir.
Buna rəğmən, seçki komisiyyası Navalnının namizədliyini rədd etdi. Buna görə də o,bütün tərəfdarlarını seçkiləri boykot etməyə çağırdı. Əgər onun boykot kampaniyası da mitinqi kimi uğurlu alınsa bu Putin üçün böyük problemdir. Bu seçkilərdə Putinlə bərabər başqa namizədlərdə olacaq. Bunlardan ən məşhuru tanınmış teleaparıcı Kseniya Sobçakdır. Rusiyanın ''Paris Hiltonu'' adlandırılan xanım siyasətçini müxalifətin səsini bölmək üçün Kremlin lahiyəsi hesab edənlərdə də var. Televiziya aparıcısı olan Sobçakın ulduzu 2012-ci ildə müxalifətin aksiyalarına verdiyi dəstəklə parlamağa başladı. Ənənəvi müxalifət onun namizədliyini böyük sevinclə qarşılayır. İqdidar da Sobçaka mənfi yanaşmır. Hətta prezident Putin ona qarşı rəğbəti olduğunu belə ifadə edib.
Digər bir maraqlı namizəd isə Komunistlər Partiyasının namizədi Pavel Qrudindir. Qrudin bəlkə də namizədlər içində ən maraqlısıdır. Belə ki o, rəsmən Kommunistlər Partiyasının namizədi olmasına baxmayaraq bu partiyanın üzvü deyil. O Rusiya ərazisindəki yeganə kolxozun rəhbəridir. Bu Moskva yaxınlığındakı Lenin adına kolxozdur. Onun siyasətdə heç tecrübəsi yoxdur. Buna baxmayaraq məşhur siyasətçi, bütün əvvəlki seçicilərə qatılmış Gennadi Züqanov bu dəfə namizəd olmadı və Pavel Qrudinini dəstəklədi. Digər tanınmış iddiaçı isə “Putinin təlxəyi”' ləqəbi ilə tanınan Vladimir Jirnovskidir. Nəticə hər nə olur olsun, görünən odur ki bu dəfə də qalibiyyət Putinindir. Putindən sonrakı yer uğrunda isə teleaparici ilə ''kolxoz sədri'' arasında kəskin mübarizə gedəcək. Möcüzə olmasa dördüncü yer Jirinovskinindir.Yayda həm də Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. Bu oyunu uğurlu keçirmək və ölkəyə yüksək turist axınını cəlb etmək üçün bu seçkini də uğurlu keçirmək Putin üçün olduqca vacibdir.
ZEYNAL ƏMRƏLİYEV
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti







































































































