İranın aprelin 19-da ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, konteyner gəmisi ələ keçirilən zaman göyərtəsində 28 iranlı olub:
"İran heyət üzvlərinin ailələri ilə birlikdə gəmidə olması səbəbindən hazırkı mərhələdə gəminin azad edilməsi üçün hərbi müdaxilədən çəkinib", - məlumatda bildirilib və əlavə edilib ki, onların sərbəst buraxılması üçün rəsmi səylər davam etdirilir və bu istiqamətdə zəruri olan digər tədbirlər görülür.
Məlumata görə, azad olunan altı nəfər artıq İrandadır.
"ABŞ-nin saxladığı gəmidə qalan 22 iranlının azad olunması üçün iş aparılır", - məlumatda xatırladılıb.
Bizim.Media







































































































