Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

Hazırda oxunan: Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

610191

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanaya səfəri zamanı Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə federal naziri Beate Meinl-Reisinger ilə görüşüb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, birgə mətbuat konfransındakı çıxışda Hakan Fidan Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradəsinin olmadığını və bu problemin aradan qaldırılacağına ümid etdiyini bildirib.

Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı sualı cavablandıran Fidan bunları deyib:

"Hər hekayənin iki tərəfi var. Bu vacibdir; biz heç vaxt üzvlük şərtləri yerinə yetirilmədən üzv olmaq tələbi irəli sürmədik”.

Bu məsələdə topun Aİ-də olduğunu qeyd edən Hakan Fidan açıqlamasına belə davam edib: 

"Avropa İttifaqında “Türkiyə şərtləri təmin etdiyi zaman biz onun üzv olmasını qəbul edirik” deyəcək bir siyasi iradə yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO