Ceyhun Bayramov: Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa...

Ceyhun Bayramov: Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa...

Hazırda oxunan: Ceyhun Bayramov: Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa...
209607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün serbiyalı nazirlə münaqişə sonrası reallıqlar, ərazilərimizdə təmir-bərpa işləri, əhalinin geri dönüşü məsələləri barədə fikir mübadiləsi aparıldı”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında, bir sıra normativ hüququ aktlarında Azərbaycan ərazisinə dair iddiaların qaldığı faktı qeyd olunub. Bunun sülh və normallaşma üçün ən ciddi təhdid elementi olaraq qaldığı qeyd edildi.

“Hesab edirik ki, 2024-cü ildə ötən illə müqayisədə Ermənistan hərbi büdcəsinin təqribən 50 faiz artması bölgədə sabit sülh və əmin amanlığın yaradılmasına əngəl olan faktordur. Bəzi ölkələrdə Ermənistana vədlərin verilməsi, təhrikedici addımların atılması bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Tərəfimizdən müşahidələr aparılır və hesab edirik ki, Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO