İlham Əliyevdən Slovakiya Prezidentinə: "Əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq"

İlham Əliyevdən Slovakiya Prezidentinə: "Əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq"

Hazırda oxunan: İlham Əliyevdən Slovakiya Prezidentinə: "Əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq"
209381
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
 

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. Enerji sahəsində səmərəli birgə fəaliyyətimizin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyimi ifadə edirəm.


İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO