Əgər Azərbaycan Ermənistana hücum etmək istəsə... – SƏRHƏDDƏ NƏ BAŞ VERİR?  

Hazırda oxunan: Əgər Azərbaycan Ermənistana hücum etmək istəsə... – SƏRHƏDDƏ NƏ BAŞ VERİR?  

20449

“Bir çox ölkələrin təcrübəsində sərhəddə neytral ərazilər olur. Ancaq bu o demək deyil ki, neytral ərazi kilometrlərlə uzanmalıdır. Burada bəzən bir neçə metrdən də söhbət gedə bilər. Bu bəzən tərəflərin qarşılıqlı razılığı əsasında, bəzən isə loqistik və ya coğrafi məsələləri nəzərə almaqla baş tutur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Əli Hacızadə ermənilərin Azərbaycandan neytral zona tələblərindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanın növbəti zərbəsi İrəvana olacaq, Zəngəzur müqavimət göstərə bilməyəcək” – Ermənilərin İrəvanda ETİRAZI


O, bildirib ki, ermənilər bütün cəhdlə danışıqların şərtlərini pozmağa, əlavə üstünlüklər qazanmağa çalışırlar:

“Ermənilərin isə bu məsələdə tələbi daha fərqlidir. Onlar neytral ərazi ilə Azərbaycan sərhədçiləri ilə erməni sərhəd postları, kəndləri arasında məsafənin olmasını istəyirlər. Məntiqlə bunun üçün bir hissə Azərbaycan, bir hissə isə Ermənistanın ərazisindən götürülüb neytral zolaq yaradılmalıdır."

"Amma burada bir məsələ nəzərə alənmalıdır ki, Azərbaycanla Ermənistan arasında olan sərhəd xətti kifayət qədər çətin coğrafi relyefə malik olan ərazidən keçir. Orada neytral zona yaratmaq çox çətindir”.

Siyasi şərhçi Ermənistanın Azərbaycana qarşı hər hansı bir təxribat törətmək fikri yoxdursa, bu neytral ərazi onlara niyə lazım olduğunu sual edib: 
 

“Fikir vermisinizsə müharibə bitdikdən sonra ermənilər durmadan müxtəlif iddialarla çıxış edir və bundan sonra da bunu edəcək. Ona görə biz hər şeyə hazır olmalıyıq. Bu neytral zona çıxışı da onların sərsəm iddialarından biridir."


"Xatırladım ki, ermənilər o zaman da Laçın dəhlizi üçün çox böyük bir ərazi tələb edirdilər. Sonda 5 kilometr ərazi ilə razılaşmalı oldular. Bu da ona oxşar bir tələbdir, bununla onlar öz təhlükəsizliyini maksimal qorumaq istəyirlər."

"Guya onlar Azərbaycanın onlara hücum edəcəyindən qorxurlar. Onlar bir şeyi unutmamalıdırlar ki, əgər Azərbaycan onlara hücum etmək istəsə heç bir neytral zolaq onların köməyinə çata bilməz”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO