İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO
188933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

Bizim.Media xəbər verir ki, dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verilib.

Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.

Dövlət başçıları Şahbulaq qalasının həyətində təndir çörəyinin və qutabın bişirilməsinə baxıblar.
 


İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 1
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 2
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 3
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 4
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 5
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 6
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 7
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 8
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 9
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında - FOTO/VİDEO - foto 10


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO