Azərbaycanla sərhəddəki erməni postlarında aclıq və panika hökm sürür

Azərbaycanla sərhəddəki erməni postlarında aclıq və panika hökm sürür

Hazırda oxunan: Azərbaycanla sərhəddəki erməni postlarında aclıq və panika hökm sürür

187133

Azərbaycanla şərti sərhəddə yerləşən Ermənistan ordusunun bir sıra mövqelərində aclıq və panika hökm sürür. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin SuperHaber portalı sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə istinadən yazıb.

Bəzi paylaşımlara əsasən 38 gündür ki, naryad dəyişdirilmir. Şəxsi heyət, ərzaq və yanacaq çatışmır. Əsgərlər arasında xəstəliklər yayılır.

Əsgər valideynləri postlarda hökm sürən acınacaqlı vəziyyətdən narahat olduqlarını bildirirlər.

Komandirlər rütbələri aşağı düşməmək üçün əsgərlərinin xəstəliklərini gizlədirlər, xəstələri xəstəxanaya aparmırlar.

Anna Arutyunyan adlı əsgərlərdən birinin valideyni sosial şəbəkələrdəki səhifəsində yazıb ki, əsgərlər qida çatışmazlığı və keyfiyyətsiz qida səbəbindən xəstələnirlər. Postlarda sanitar-gigiyenik vəziyyət ağırdır, əsgərlər vaxtında yuyuna bilmir, komandirlər xəstələri xəstəxanalara göndərmir, çünki əvəzedici əsgər tapa bilmirlər.

"Baş verənlər ciddi narahatlıq doğurur. Bu, bəzi postların köçürülməsi ssenarisinə bənzəyir" deyə əsgərlərin valideynləri vurğulayırlar.

Qeyd edək ki, erməni hüquq müdafiəçiləri də vaxtaşırı Ermənistan ordusundakı acınacaqlı vəziyyətlə bağlı hesabatlar dərc edirlər. Müdafiə naziri Suren Papikyanın orduda guya dərin islahatlar aparılması ilə bağlı pafoslu açıqlamalarına baxmayaraq, əsgərlərin geyim forması, təchizat və ərzaqla bağlı ciddi problemlər qalmaqdadır. Bu problemlərə görə tez-tez mübahisələr yaranır ki, bu da əsgərlərin intiharına və ya aralarında atışmalara səbəb olur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO