Vüqar Mustafayev: “Pakistan Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk ölkələrdəndir”

Vüqar Mustafayev: “Pakistan Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk ölkələrdəndir”

Hazırda oxunan: Vüqar Mustafayev: “Pakistan Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk ölkələrdəndir”
184807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Pakistan Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk ölkələrdəndir. Ölkələrimiz arasında əlaqələr hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəlib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasının Milli Günü münasibətilə martın 29-da keçirilən tədbirdə səsləndirib.

Azərbaycan və Pakistan arasında əlaqələrin möhkəm əsasının Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurulduğunu diqqətə çatdıran nazir ölkələrimiz arasında münasibətlərin hazırda yüksək səviyyədə uğurla davam etdirildiyini deyib.

V.Mustafayev bildirib ki, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi ildən-ilə artır.

Ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığından, xeyli sayda sənədlərin imzalandığından danışan nazir vurğulayıb: "Azərbaycan xalqı Pakistan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirir. Əminik ki, dostluğumuz, əlaqələrimiz bundan sonra daha da dərinləşəcək və möhkəmlənəcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO