ABŞ rəsmisi Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasından danışdı

ABŞ rəsmisi Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasından danışdı

Hazırda oxunan: ABŞ rəsmisi Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasından danışdı
183413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət verir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə köklənən sadəcə dövlət katibi Entoni Blinken deyil:

“Baxın, bu, xüsusi diqqət ayırmağa davam etdiyimiz məsələdir. Bu, sadəcə dövlət katibinin deyil, həm də dövlət katibinin köməkçisi O’Brayenin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen – red.), habelə baş müşavir Bononun (ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono – red.) müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə quraraq kökləndiyi məsələdir”.

“Lakin sizin üçün bundan başqa heç bir məlumatım yoxdur”, – Patel sual ünvanlamış jurnalistə deyərək yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO