Si Cinpindən İlham Əliyevə:

Si Cinpindən İlham Əliyevə: "Şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm"

Hazırda oxunan: Si Cinpindən İlham Əliyevə: "Şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm"
177167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram".

Bizim.Media xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin fevralın 7-də növbədənkənar prezident seçkilərində qələbə qazanan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. 

Çin lideri dövlətimizin başçısını yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adından təbrik edib. 
O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini vurğulayıb. 

“Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir.

Yüksək səviyyəli siyasi etimad mühiti yaranır” deyən Si Cinpin əlavə edib ki, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO