Rəsmi Bakıdan Yaponiyaya başsağlığı – FOTO  

Rəsmi Bakıdan Yaponiyaya başsağlığı – FOTO  

Hazırda oxunan: Rəsmi Bakıdan Yaponiyaya başsağlığı – FOTO  

172233

Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, başsağlığı mətni nazirliyin "X" hesabında paylaşılıb. 

“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazirlikdən bildirilib. 

Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO