İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO

İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO

Hazırda oxunan: İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO
165844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak edən İslam ölkələrinin nazirləri 5 saylı Bakı DOST Mərkəzində olublar.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir.

DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Qonaqlar üçün DOST konsepsiyasına və sosial sahədə e-xidmətlərə dair təqdimatlar edilib.

İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO - foto 1
İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO - foto 2
İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO - foto 3
İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO - foto 4
İslam ölkələrinin nazirləri DOST Mərkəzində - FOTO - foto 5

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO