Ersin Tatar: “Azərbaycanla əlaqələrimizi inkişaf etdirəcəyimizə ümid edirəm” – VİDEO

Hazırda oxunan: Ersin Tatar: “Azərbaycanla əlaqələrimizi inkişaf etdirəcəyimizə ümid edirəm” – VİDEO

159539

“Azərbaycanla əlaqələrimizi bütün sahədə inkişaf etdirəcəyimizə ümid edirəm”. 

Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycana səfəri öncəsi deyib. 

O, səfər zamanı Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. 
“Bu gün Azərbaycana səfərimiz bir ilkdir və biz çalışacağıq ki, Kipr türk xalqının Azərbaycan kimi qardaş dövlətlə hər cür əlaqələrini inkişaf etdirək ki, turizmimiz, təhsilimiz, mədəniyyətimiz, iqtisadiyyatımız və əlaqələrimiz daha da möhkəmlənsin.

Azərbaycanla əlaqələrimizin, münasibətlərimizin, zaman keçdikcə iqtisadi, mədəni, kommersiya, diplomatik və siyasi baxımdan inkişaf edəcəyinə inanıram” – o bildirib. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO